CƏMİYYƏT


Azərbaycanın Türkiyədəki səfirliyi iki qardaş ölkənin diplomatik münasibətlərinin ildönümü münasibətilə məlumat yayıb

Ankara, 14 yanvar, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyi iki qardaş ölkənin diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə məlumat yayıb.

AZƏRTAC-ın məlumatına görə diqqətə çatdırılır ki, milli kimlik, din və dil ortaqlığının təməlində dayanan Azərbaycan-Türkiyə əlaqələri əsrlərə söykənir.

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!”, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” fəlsəfəsinin xatırlandığı açıqlamada diqqətə çatdırılır ki, Azərbaycanın qəhrəman övladları Çanaqqala zəfəri naminə, Qafqaz İslam Ordusunun hərbçiləri isə Azərbaycanın müstəqilliyi yolunda canlarından keçməklə iki doğma xalqın qardaşlığını daha da möhkəmləndiriblər.

Açıqlamada həmçinin diplomatik münasibətlərimizin tarixi, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, torpaqlarımızın azad edilməsi istiqamətində aparılan 44 günlük Vətən müharibəsi, Azərbaycanın haqq işinin dəstəklənməsində Türkiyənin sərgilədiyi qətiyyətli mövqe, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci il tarixində imzaladıqları Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə toxunulur.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.