İDMAN


Azərbaycanın U-19 komandasının üzvləri üçün məşğələ təşkil olunub

Bakı, 27 fevral, AZƏRTAC

AFFA-nın təşəbbüsü aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, silsilə məşğələlər keçirilir, müxtəlif mədəni tədbirlər təşkil olunur.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, növbəti belə məşğələ Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri üçün keçirilib. Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara “İnsan həyatında təşəbbüskarlıq, naməlum cığırlar axtarışı” mövzusunda məruzə ilə çıxış edib, onları maraqlandıran sualları cavablandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.