İDMAN


Azərbaycanın U-19 millisinin Minskdə təlim-məşq toplanışı başlayıb

Bakı, 22 avqust, AZƏRTAC

Belarusun paytaxtı Minskdə futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, hazırlıq prosesi çərçivəsində Belarusun müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.

Toplanışda Nigar Abdulova, Sude Topçu, Bozdağ Peritan, Ayşən Əhmədova, Cəmilə Hüseynova, Həqiqət Qasımova, Vüsalə Hacıyeva, Vüsalə Seyfətdinova, Nigar Mirzəliyeva, Rövşanə Sərdarlı, Firəngiz Teymurova, Öznur Taş, Leyli Qurbanova, Aytac Neymətova, İlahə Nuriyeva, Ülkü Özdemir, Zülfiyyə Əliyeva və Aytən İbadova iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.