İDMAN


Azərbaycanın iki cüdoçusu beynəlxalq reytinq cədvəlinə başçılıq edir

Bakı, 12 oktyabr, AZƏRTAC

Avropa Cüdo İttifaqı idmançıların yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, cüdo üzrə Azərbaycan milli komandasının iki üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb. Belə ki, Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) rəqiblərini qabaqlayaraq birinci yerə sahib olublar. 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medal qazanmağa müvəffəq olub.

Daha üç cüdoçumuz Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) isə 10-cu pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.