İQTİSADİYYAT


Azərbaycanın ixrac missiyası Riqadadır

Bakı, 9 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Riqaya təşkil olunub. İxrac missiyasına şərab və digər spirtli içkilərin, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, missiyanın ilk günü Azərbaycan və Latviya şirkətləri arasında keçirilən işgüzar görüşdə hər iki tərəfdən 100-dək sahibkar iştirak edib. Görüşdə “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib, Azərbaycan məhsullarının Latviyaya ixracının genişləndirilməsi müzakirə edilib.

Səfərin ikinci günü – aprelin 8-də “Made in Azerbaijan” brendi ilə istehsal olunan Azərbaycan şərablarının dequstasiyası keçirilib. İştirakçılara Azərbaycanın müxtəlif bölgələrində istehsal olunan məhsul nümunələri təqdim olunub.

Aprelin 10-dək davam edəcək ixrac missiyası çərçivəsində Azərbaycanın Latviyadakı Ticarət Evində görüşlər keçiriləcək, ticarət şəbəkələrinə səfərlər təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.