İDMAN


Azərbaycanın karate komandası Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycanın karate komandası Avropa çempionatında gümüş medal qazanıb

Bakı, 29 may, AZƏRTAC

Türkiyənin Qaziantep şəhərində karate və parakarate üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası kumite yarışlarının finalında Fransa millisi ilə qarşılaşıb.

Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız Avropa ikincisi olub. Həlledici görüşdə komandamız rəqibinə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl millimiz Kosovoya 3:1, Portuqaliyaya 2:0, yarımfinalda isə Yunanıstana 3:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.