CƏMİYYƏT


Azərbaycanın mədəni-tarixi irsinin miqrant uşaqlar arasında təbliğinə dair layihənin icrası davam edir

Bakı, 12 oktyabr, AZƏRTAC

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyinin “Azərbaycanın mədəni və tarixi irsinin miqrant uşaqlar arasında təbliği” mövzusunda layihəsi davam edir.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqsəd ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin övladlarına Azərbaycanın mədəni irsi, tarixi və əlamətdar günləri barədə məlumat vermək, ilkin təsəvvür formalaşdırmaqdır.

İctimai Birlik tərəfindən Miqrasiya könüllüləri ilə birgə həyata keçirilən layihə noyabrın 15-dək davam edəcək.

Onlayn formada keçirilən tədbirə respublikanın istənilən bölgəsində təhsil alan miqrant şagirdlərin qatılması mümkündür. Layihədə iştirak etmək istəyən yeniyetmə və gənclər (012) 598 – 13 - 89, (050) 543 - 47 - 66, (050) 207 – 03 - 33 telefon nömrələri ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.