Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanın müalicəvi mineral suları

Azərbaycanın müalicəvi mineral suları

Bakı, 19 fevral, AZƏRTAC

Mineral suların müalicə xüsusiyyətləri insanlara qədim zamanlardan məlum olub. Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycan ərazisində də insanlar müxtəlif tamlı, rəngli, temperaturlu və olduqca dəyərli müalicəvi xüsusiyyəti olan mineral su bulaqlarından istifadə ediblər. Müəyyən yerlərdə indiyə qədər qalan daş hovuzlar da bunu sübut edir.

AZƏRTAC Azərbaycanın qeyri-adi müalicəvi xassələrə malik bir neçə mineral suyunun tapılması tarixinə nəzər salıb.

Azərbaycanın mineral suları insan orqanizmini müalicə edən qeyri-adi xassələrə malikdir. Elə bu səbəbdən mineral sulardan daha çox kurortlarda, poliklinikalarda, xəstəxanalarda, ev şəraitində istifadə olunur.

Çox qiymətli mineral sular əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində geniş yayılıb. Təsadüfi deyil ki, bu ərazidə dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna rast gəlmək olar. Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbəyinin bir neçəsindən intensiv istifadə olunur. Həmin mineral suların mənbələrinin əksəriyyəti Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Əylis çaylarının vadilərində və onların yaxınlığında yerləşir. Bu mineral sular kimyəvi tərkibinə görə müxtəlif və rəngarəngdir. Onlardan həm süfrə, həm də müalicəvi su kimi istifadə edilir. Onu da qeyd edək ki, regionun müalicə əhəmiyyətli suları müxtəlif tərkibə malikdir.

İndiyədək Ordubad rayonunda 29, Culfada 85, Şahbuzda 50-dən çox mineral bulaq və ya mineral su aşkar edilib və onların bəzilərindən hazırda geniş istifadə edilir. Babək rayonunda isə 50 müalicəvi su mənbəyi üzrə kəşfiyyat və axtarış işləri həyata keçirilib. Müalicə əhəmiyyətinə görə bu rayonun “Sirab”, “Qahab”, “Vayxır”, “Qızılburun”, “Darıdağ” kimi mineral suları çox məşhurdur. Məsələn, "Sirab-12" az minerallaşmış, soyuq, karbon qazlı və hidrokarbonatlı mineral sudur. “Vayxır-7” mineral suyu daha çox xroniki mədə və digər xəstəliklərin müalicəsində istifadə edilir.

Mineral suların müalicəvi xüsusiyyətləri onların tərkibindəki 6 əsas ionla - natrium, kalsium, maqnezium, xlor, sulfat və hidrokarbonatla müəyyən edilir. Suların tərkibinin müxtəlifliyi isə bu altı elementin müxtəlif nisbətlərdə birləşməsindən asılıdır. Əgər hidrokarbonat və natrium ionu suda üstünlük təşkil edirsə, bu halda onlar hidrokarbonatlı-natriumlu, yəni məşhur “Barjomi” tipli suları təşkil edir. Naxçıvandakı “Sirab”la yanaşı, “Gülüstan” (Culfa), “Nəvi” (Ordubad), “Biçənək” (Şahbuz) mineral suları bu tipə aiddir. “Narzan” tipli sular isə maqnezium, kalsium və sulfat ionlarının birləşməsindən əmələ gəlir. Şahbuz rayonun “Badamlı”, “Gicdəsər”, “Karvansara”, “Sələsüz”, Culfanın “Dingə”, “Nəsirvaz”, Babək rayonundakı “Qızılburun” bulaqları isə “Narzan” tiplidir.

Naxçıvanın “Əshabi-kəhf” mineral suyu isə radonla zəngindir. Bu su məşhur Pyatiqorsk (Şimali Qafqaz) suyunun analoqu olmaqla yanaşı, sinir, ürək-damar və revmatizm xəstəliklərinin müalicəsində çox səmərəlidir.

Respublikamızın şəfaverici bulaqlarından biri də Şabran rayonundakı məşhur “Qalaaltı” suyudur. Qalaaltıda dağ və dəniz havası bir–birinə qarışır və rütubət yoxdur. Hər tərəfdən meşə ilə əhatə olunub. Əsasən böyrək ağrılarını müalicə edən su maddələr mübadiləsi, mədə–bağırsaq, öd kisəsi xəstəliklərindən əziyyət çəkənlər üçün şəfalı hesab edilir. Eyni zamanda, bədəndən sidik turşularını qovur.

İsmayıllı rayonundakı “Bədo” bulağının suyunu iyinə görə yerli sakinlər “Qalaaltı” suyu ilə eynitipli hesab edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun alimləri onların tərkibində xeyli fərq olduğunu bildirirlər. Belə ki, Qalaaltı suyunda maqnezium, həll olmuş üzvi maddələr - fenol, alifatik turşular, bitum və s. vardır, “Bədo”nun suyunda isə bunlar yoxdur. Yerli və xarici alimlərin hələ sovet dövründə “Qalaaltı” mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi xüsusiyyətləri ilə bağlı tədqiqatları böyük əhəmiyyət kəsb edir.

Hər şeydən əvvəl, “Qalaaltı” suyunun tapılması tarixinə nəzər salaq. Keçmiş S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fiziki Metodla Müalicə İnstitutunun (indiki Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) geologiya və hidrokimya şöbəsinin əməkdaşları 1965-ci ildə Dəvəçi rayonu ərazisində kəşfiyyat işləri aparan zaman tərkibində minerallar və üzvü maddələr olan bu bulağı müəyyən ediblər. Aparılan ilkin fiziki-kimyəvi tədqiqatlar göstərib ki, suyun tərkibi “Naftusiya” suyuna oxşardır. Bundan sonra 1969-cu ilədək Dəvəçi və Quba rayonlarının müxtəlif su mənbələrində axtarışlara başlanılıb. Bu bulaqların arasında “Qalaaltı” suyunun perspektivi olduğu müəyyən edilib. Hidrogeoloqların və hidrokimyaçıların çoxillik tədqiqatlarının nəticələrinə görə, “Qalaaltı” suyunda üzvi maddələrin miqdarı litrdə 4 milliqramdan 10 milliqramadək dəyişir. Bu göstərici “Naftusiya” suyunda isə 5-10 mq/litr arasındadır.

Alimlər sübut ediblər ki, mineral suların tərkibində üzvi maddələrin dəyişməsi yağıntı ilə bağlıdır. Yaz və payız fəsillərində yağıntı çox olduğundan üzvi maddələrin miqdarı azalır. Yayda isə yağıntı azaldığından suyun debiti və tərkibindəki üzvi maddələr çoxalır. Dünya alimlərinin tədqiqatlarına görə, mineral suların tərkibində üzvi maddələrin miqdarı 30-60 mq/litr arasında olanda insan səhhətində problemlər yaradır. Belə deyək ki, bu suların müalicəvi təsiri aşağı düşür. Bu baxımdan “Qalaaltı” suyunun olduqca faydalı olması göz qabağındadır.

Mineral suların əksəriyyətinin tərkibi əsasən neft mənşəli olur. “Qalaaltı” suyunda 4.7- 7,9 mq/litr bitum və 0,3-0,7 mq/litr naften turşusunun olması onun neft mənşəli olmasını göstərir. Bundan başqa, “Qalaaltı” suyunun tərkibində uçucu fenollar, humin maddələri, yağ turşuları, qatran və s. var. “Qalaaltı” mineral suyu tərkibindəki maddələrə görə “Naftusiya” suyuna çox yaxın olsa da, bu sudan zərərli fenolların azlığı, faydalı bitum və nafte turşularının çoxluğu ilə fərqlənir. Belə ki, “Qalaaltı” suyunda bitum 2.3-3,9 mq/litr, nafte turşusu 0,7 mq/litr, fenollar 0, 1-0,48 mq/litr təşkil edır. “Naftusiya” suyunda isə bitum 0,5-0,8 mq/litr, nafte turşusu 0,06 mq/ekv/ litr, fenollar 1,3,-2,2 mq/litrdir. Bir çox dünya alimləri mineral suların tərkibindəki bitum və nafte turşularının çoxluğunun müalicəyə yaxşı təsir etdiyini təsdiq etmişlər. Bu mənada qeyd etmək olar ki, bitum və nafte turşuları ilə zəngin olan “Qalaaltı” suyu müalicə baxımından daha əhəmiyyətlidir. Mineral komponentlərə gəldikdə isə hər iki suyun tərkibindəki hidrokarbonat-kalsium-maqnezium xəstələrin müalicəsində müsbət effekt verir. “Qalaaltı” suyu insan orqanizminə müsbət təsir göstərən ionlarla da zəngindir və bu baxımdan da “Naftusiya” suyuna uyğun gəlir. “Qalaaltı” suyunda ionlar 6,8-7,0 faiz, “Naftusiya” suyunda isə 6,9-7,2 faizdir. Həll olunmuş kömür turşusu “Qalaaltı” suyunda orta hesabla 80-120 mq/litr, “Naftusiya” suyunda isə 50-60 mq/litrdir.

Eyni zamanda, 1971-1972-ci illərdə qablaşdırılmış “Qalaaltı” suyunun müalicəvi xüsusiyyətləri öyrənilib. Alimlər 400 xəstə üzərində apardıqları müalicədən sonra belə qənaətə gəliblər ki, “Qalaaltı” suyu həm də soyuqdəymə ilə bağlı xəstəliklərə müsbət təsir göstərir. Müəyyən edilib ki, “Qalaaltı” suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid var. Həmin su tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassə kəsb edir, eyni zamanda, iltihab əleyhinə təsir göstərir. Məhz bu təsir xassələrinə görə “Qalaaltı” mədən suyu öd kisəsində, öd yollarında, böyrək ləyənində, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir.

Respublikamızın möcüzəli şəfa mənbələrindən biri də Masallıdakı məşhur “İstisu” dur. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda qaynayan bu su xəstələri dava-dərmansız sağaldır. “İstisu”yun müalicəvi olmasını ötən əsrin 60-cı illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut edib. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim buraya gələrək əlavə tədqiqat aparıb və həmvətənimizin kəşfini təsdiqləyib. Dəmbəlov dağının ətəyindən çıxan isti su ilə oynaq, mədə-bağırsaq, travmatik ağrıları və artroz kimi fəsadları aradan qaldırmaq mümkündür. Pisarioz, neyrodermit, göbələk, ekzema, böyrək və sidik yolları, habelə radikulit, prostatit, hipertoniya, qaraciyər və öd, qadın xəstəlikləri müalicə oluna bilər.

Gədəbəy rayonu mineral sularla zəngindir. Tarixən Gədəbəydə məskunlaşmış almanlar və ruslar XIX əsrdə Gədəbəy rayonunun bulaqlarından içməli su kimi istifadə edib və həmin bulaq sularının faydaları haqqında çoxlu məqalələr yazıblar. Son dövrlərdə Azərbaycan bazarına yeni daxil olmuş “Slavyanka-1” əmtəə nişanlı sular tərkibinə görə minerallarla zəngin və insan orqanizminə xeyirli olduğu üçün qısa zaman ərzində azərbaycanlıların sevimli içkisinə çevrilib.

Abşeron yarımadasında çoxlu şəfa bulaqları qaynayır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük müalicə əhəmiyyətinə malikdir. Tərkibində yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələr olan mineral sular Abşeronu daha da şöhrətləndirib.

Laçın–Kəlbəcər bölgəsinin 63 bulağı Kiçik Qafqaz dağlarının mərkəz hissəsində, dəniz səviyyəsindən 1500-2800 metr hündürlükdə yerləşən, olduqca qiymətli, kurortların tikilməsi və sənaye zavodlarının inşası üçün əhəmiyyətli olan mineral su yataqlarıdır. Bunlardan Yuxarı İstisu, Aşağı istisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu və digər bu kimi mineral bulaqları xüsusi qeyd etmək olar.

Göründüyü kimi, Azərbaycanda müalicəvi əhəmiyyətli sular kifayət qədərdir. Ürək ağrısı ilə deməliyik ki, ölkəmizin ən ecazkar şəfa ocağı - Kəlbəcərdəki əvəzsiz müalicəvi əhəmiyyətə malik olan “İstisu” bu gün erməni tapdağı altındadır. İnşallah, həmin əsrarəngiz şəfa ocağı, habelə işğal altında olan Dağlıq Qarabağ və digər ərazilərimizdəki təbii qaynaqlarımız düşmən tapdağından azad edildikdən sonra bu cənnətməkan Azərbaycanda müalicəvi turizmin mərkəzinə çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi