SİYASƏT


Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, başsağlığında belə deyilir: “Fərat Qalxanı” antiterror əməliyyatının aparıldığı bölgədə qardaş Türkiyə Silahlı Qüvvələrinə qarşı edilmiş xain terror hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olanlara uca Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.