CƏMİYYƏT


“Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda seminar keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda seminar keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

“N” saylı hərbi hissənin nümayəndəsi Xalid Eyvazov çıxış edərək bildirib ki, ölkəmizdə dünyaya nümunə ola biləcək multikulturalizm və tolerantlıq mühiti var. Qeyd edib ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkilik yoxdur və ölkəmizdə yaşayan bütün xalqların, dinlərin nümayəndələri arasında bir-birinə tolerant yanaşma mövcuddur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində dövlət siyasəti həyata keçirilir. Natiq qeyd edib ki, Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bu siyasətin bariz nümunəsidir.

S.Salahlı deyib ki, ölkəmizdə hökm sürən multikulturalizm və dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdidlərdən biri dini radikalizmdir. O, dini radikalizmin yaranmasının səbəblərindən biri kimi, İslam haqqında məlumatsızlığı və İslamın düzgün təqdim olunmamasını göstərib. Bildirib ki, gəncləri dini radikal qrupların təsirindən qorumaq üçün dinin onlara düzgün şəkildə çatdırılması vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.