MƏDƏNİYYƏT


Azərbaycanın opera sənətçisi bir ilkə imza atıb

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova bir ilkə imza atıb. Musiqisi Ottorino Respiginə, librettosu Alberto Doninə məxsus olan “Al Mulino” operası CD formasında yazılıb. İtaliyanın Trieste şəhərində Cüzeppe Verdi adına Opera Teatrında yazılan əsərin baş rolu “Aniuska”nın ifaçısı Afaq Abbasova olub. Librettonun yeni quruluşunun müəllifi Paolo Rosato, məsləhətçi və dirijor isə Fabrizio Da Rosdur.

Əməkdar artist Afaq Abbasova AZƏRTAC-a açıqlamasında belə bir ilkə imza atdığı üçün çox sevincli olduğunu bildirib. Onun sözlərinə görə, pandemiyadan öncə dinləyici kimi teatra gedib və sonra bu rola dəvət alıb. “Aniuska” rolunun ifa etməyi böyük məmnuniyyətlə qəbul edib. Hazır olan CD hələ ki, satışa buraxılmayacaq və dünya teatrlarına təqdim olunacaq. Gələcəkdə “Al Mulino” teatrlarda ifa olunan zaman bu disk hazır material kimi istifadə olunacaq.

Tamaşa 2022-ci ildə ilk dəfə Triest Opera Teatrında səhnəyə qoyulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.