CƏMİYYƏT


Azərbaycanın qida mütəxəssisləri ilə avstriyalı həmkarları arasında görüş keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Qida təhlükəsizliyi, bitki sağlamlığı və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutu beynəlxalq təşkilatlarla və xarici ölkələrin analoji qurumları ilə əməkdaşlığın genişləndirilməsi sahəsində işlər aparılır.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, institutun əməkdaşları ilə Avstriyanın Qida və Sağlamlıq Agentliyinin nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib.

Görüşdə qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib və qurumlar arasında Anlaşma Memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.