ORDU
Azərbaycanın sülhməramlı əməliyyatlarda fəal iştirakı məmnunluqla qeyd olunub
London, 9 sentyabr, AZƏRTAC
Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Krallığın müdafiə naziri Maykl Fallon ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ikitərəfli əsasda və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən tədbirlərdə, o cümlədən sülhməramlı əməliyyatlarda Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunub.
Görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb və əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, bu, hər iki ölkənin müdafiə nazirləri səviyyəsində ilk rəsmi görüşdür.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London