CƏMİYYƏT


Azərbaycanın suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrik edib.

Ölkəmizin müstəqillik tarixinə qısa nəzər salan Akademiya rəisi bildirib ki, Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndər tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli və lider dövlətinə çevrilib.

Milli Məclisin deputatı Ülvi Quliyev Azərbaycanın şanlı müstəqillik mübarizəsindən, xalqın təkidli tələbi ilə ölkənin siyasi idarəçiliyinə qayıdan ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O, dövlətimizin suverenliyinin təmin olunmasında gənclərin də üzərinə böyük vəzifə düşdüyünü vurğulayaraq bildirib ki, ölkəmizdə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli ilə bağlı mühüm addımlar atılır. Bu addımlar ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinə əsaslanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.