SİYASƏT


Azərbaycanın və Norveçin XİN başçıları Polşada görüşüblər

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Anniken Huitfeldt ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində müxtəlif istiqamətlərdə, xüsusilə də energetika, neft və qaz sənayesinin inkişafı sahəsində münasibətlərin inkişaf etdiyini bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səyləri, Ermənistan tərəfinin təxribatları, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Nazir Anniken Huitfeldt cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə keçirilən tədbirlərin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini qeyd edib. Nazir Anniken Huitfeldt, Norveçin bölgədə sülh və təhlükəsizliyə qarşı təhdid törədən gərginliyin azaldılması, sülhün bərqərar olunması istiqamətində səyləri alqışladığını vurğulayıb. Bu xüsusda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyi ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.