ELM VƏ TƏHSİL
Azərbaycanın və Qazaxıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini xanım Maynura Murzamadiyeva ilə görüş keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin tədris işləri üzrə prorektoru İranə Əliyeva qonağa ali təhsil ocağının yaranma tarixi, tədris prosesinin təşkili, beynəlxalq əlaqələrində inkişaf tendensiyalı planlar barədə məlumat verib.
Söhbət zamanı Azərbaycanın və Qazaxıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə iştirak edən ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin dekanı vəzifəsini icra edən Bahadur Bilalov, mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev təmsil etdikləri strukturların fəaliyyəti barədə məlumat veriblər.
Sonda M.Murzamadiyeva ATMU-nun tədris prosesi və maddi-texniki bazası ilə tanış olub.