SİYASƏT


Azərbaycanın xarici işlər naziri Avropa Şurasının baş katibi ilə görüşüb

Bakı, 23 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycan ilə Avropa Şurası arasında 2022-ci il üzrə Fəaliyyət Planı, eləcə də regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov AŞ baş katibinə üçtərəfli bəyanatların icrası ilə bağlı məlumat verərək, bu xüsusda Ermənistanın əsassız iddialarının bölgədə sülh quruculuğu ilə bağlı kövrək vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini vurğulayıb.

Mariya Peyçinoviç AŞ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.