SİYASƏT


Azərbaycanın xarici işlər naziri Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb

Bakı, 14 yanvar, AZƏRTAC

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının baş direktoru general-mayor Kamal Azfar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Sərhəd İşləri Təşkilatının baş direktoru Kamal Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verərək 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tunellər, eləcə də telekommunikasiya xətlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs edib.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra münaqişə sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyduğumuzu bildirib. Hazırda bölgədə aparılan işlər, o cümlədən minadan təmizləmə işləri və infrastruktur layihələri qeyd olunub. Həyata keçirilən bərpa və tikinti işlərində maraqlı tərəfdaş ölkə və beynəlxalq təşkilatlarla birgə işləməyə hazır olduğumuz vurğulanıb.

Görüşdə tərəflər əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.