SİYASƏT
Azərbaycanın xarici işlər naziri Rusiyaya işgüzar səfərə yola düşüb
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 4-5-də keçiriləcək tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub.