Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın yeni əməkdaşlıq təşəbbüsləri: Prezidentin Belarusa səfərinin üç tarixi özəlliyi

Azərbaycanın yeni əməkdaşlıq təşəbbüsləri: Prezidentin Belarusa səfərinin üç tarixi özəlliyi

Dövlətimizin başçısı İlham Əliyevin Belarusa etdiyi beşinci səfər ekspertlərin böyük marağına səbəb olub. Belarus Prezidenti də Azərbaycan rəhbərini səbirsizliklə gözlədiklərini açıq ifadə edib. Prezidentlər apardıqları danışıqlarda çox ciddi məsələləri müzakirə edib, razılıqlar əldə ediblər. İki ölkə arasında müxtəlif sahələri əhatə edən müqavilələr imzalanıb. İlham Əliyev və Aleksandr Lukaşenko birgə bəyanat imzalayıblar. Bunların fonunda ekspertlər Azərbaycan-Belarus münasibətlərini regional və qlobal kontekstdə qiymətləndirməyə çalışırlar. Onlar əmindirlər ki, Bakı ilə Minsk səmimi strateji tərəfdaş olduqlarını bir daha təsdiq etdilər. Bu tendensiyanın daha da inkişaf edəcəyi gözlənilir. Məsələnin bu tərəfi bir sıra geosiyasi faktorlarla bağlıdır. Onların qarşılıqlı əlaqədə təhlili Azərbaycan Prezidentinin Belarusa səfərinin üç tarixi özəlliyindən danışmağa əsas verir.

Tarixi dostluq və müasirlik: Bakı-Minsk əməkdaşlığının başlıca prinsipləri

Minskdə Azərbaycan Prezidentini səbirsizliklə gözləyiblər. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko açıq deyib. O, əlavə olaraq vurğulayıb ki, Azərbaycan-Belarus əməkdaşlığı heç bir başqa dövlətə qarşı yönəlməyib və iki ölkə arasındakı strateji tərəfdaşlıq daimi olacaq. Əlbəttə, bu sözlər hər dövlət barəsində deyilmir. Xüsusilə Ermənistan rəhbərliyinin Belarus hakimiyyətini nələrdəsə günahlandırmağa çalışdığı bir zamanda A.Lukaşenko əsl dost, etibarlı tərəfdaş olduğunu nümayiş etdirib. Eyni zamanda, buradan İlham Əliyevin Belarusa səfərinin üç tarixi özəlliyini də görmək olar.

Öncə deyək ki, məsələnin bu tərəfi geosiyasi aspektdə də olduqca əhəmiyyətlidir. Çünki Ermənistanla Belarus eyni siyasi-hərbi təşkilatdadırlar. Ancaq rəsmi Minsk özündə cəsarət, ədalət və obyektivlik taparaq haqlı olana qarşı çıxmayacağını nümayiş etdirdi.

Bunun bir səbəbi Azərbaycan və Belarus dövlət başçılarının bir-birinə böyük hörməti ilə bağlıdır. Digər yandan isə Azərbaycan Cənubi Qafqazda yüksək templərlə inkişaf edən yeganə dövlətdir. Onunla əməkdaşlıqda hər bir ölkə maraqlı ola bilər.

Prezident İlham Əliyevin Minskdə apardığı danışıqlar və imzalanan sənədlərin məzmunu bu tezisi tam təsdiq edir. Azərbaycanla Belarus demək olar ki, bütün sahələrdə – iqtisadi, ticari, nəqliyyat, energetika, hərbi-müdafiə, fövqəladə hallar, ekologiya, birgə istehsalın təşkili sferalarında əməkdaşlığı yeni səviyyəyə yüksəltmək istiqamətində addımlar atıblar. Ekspertlər onların sırasında bir neçə mühüm məqamı ayrıca vurğulayırlar.

İlk növbədə, rəsmi Minskin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləməsini və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həll edilməsini əsas hesab etməsini qeyd etmək gərəkdir. Bu barədə İlham Əliyev Belarus Prezidenti ilə birgə mətbuata verdiyi bəyanatda konkret fikir ifadə edib.

Azərbaycan Prezidenti vurğulayıb: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim. Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq" (bax: Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatla çıxış ediblər / AZƏRTAC, 19 noyabr 2018). Bu, Azərbaycan Prezidentinin səfərinin tarixi əhəmiyyətinin birinci tərəfini təşkil edir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astana sammitindən sonra Belarusun hansı mövqedə olacağı əhəmiyyət daşıyırdı.

Görünür, Ermənistan rəhbərlərini daha çox özündən çıxaran da məhz Belarusun bu məsələdə tutduğu ədalətli mövqedir. Belarus Prezidenti bununla bütün dünyaya konkret mesaj vermiş oldu.

Ermənistan tərəfdən bildirilən digər iradlar daha çox bəhanə xarakterlidir. Çünki Belarus Prezidenti dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfi müdafiə edir. Bu tərəf isə Azərbaycandır. Bununla yanaşı, Belarus Prezidenti tarixi olaraq da Azərbaycanla Belarusun bir-birinə bağlı olduğuna işarə verib.

Bu məqamı əsas götürərək hətta Rusiyanın bəzi ekspertləri Prezident A.Lukaşenkonu türkçülükdə ittiham ediblər. Ancaq təbii ki, bunun reallığa heç bir aidiyyəti yoxdur. Belarus Prezidenti əsas olaraq Osmanlı zamanında dövlətlər arasında əlaqələrin inkişafını nəzərdə tutub. Bundan başqa, sovet dönəmində də Belarusla Azərbaycanın münasibətləri yüksək səviyyədə olub. Burada təbii ki, ulu öndər Heydər Əliyevin yüksək nüfuzu çox ciddi rol oynayıb.

Yeni mərhələ: dövrün tələbinə uyğun birgə inkişaf xətti

İndi Azərbaycan-Belarus münasibətləri qlobal səviyyədə yeni məzmun kəsb edir. Minsk danışıqlarında Azərbaycan Prezidentinin verdiyi təklif bunu əyani təsdiq edir. İlham Əliyev Azərbaycan və Belarus Prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü zamanı vurğulayıb: "Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda "Şimal-Cənub Nəqliyyat Dəhlizi"ni qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də "Şərq-Qərb Nəqliyyat Dəhlizi"nin fəal iştirakçısıdır" (bax: Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub / AZƏRTAC, 19 noyabr 2018). Bu məqam isə İlham Əliyevin Belarusa səfərinin tarixi əhəmiyyətinin ikinci tərəfini ifadə edir.

Burada İlham Əliyev prinsipial əhəmiyyətli bir geosiyasi məqama toxunub. Azərbaycan beynəlxalq layihələrin aktiv iştirakçısı kimi artıq təşəbbüskar statusunda çıxış edir. Konkret olaraq, Belarusu "Yeni İpək Yolu iqtisadi kəməri" layihəsində daha fəal iştiraka dəvət edir, bunun reallaşma mexanizmini də göstərir. Bu mexanizm “Şimal-Cənub Nəqliyyat Dəhlizi” ilə "Şərq-Qərb Nəqliyyat Dəhlizi" arasında əlaqə yaratmaq vasitəsilə reallaşa bilər. Belə ki, bu layihələrdən hər hansı birinə üstünlük verib, digərinin kənara qoyulması geosiyasi balansı pozar və qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə zərər verə bilər. Bu səbəbdən Azərbaycan hər iki nəqliyyat dəhlizindən öz təyinatına uyğun səmərəli istifadə etməklə faktiki olaraq regional geosiyasi marşrutların qovşağı statusunda özünü təsdiqləyir.

Bütün bunları nəzərdə tutaraq Azərbaycan Prezidenti bəyan edib: "Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq" (bax: əvvəlki mənbəyə).

Bunların fonunda ekspertlərin də böyük marağına səbəb olan hərbi-texniki sahədəki əməkdaşlıq ayrıca əhəmiyyətli məqam kimi görünür. Minsk birbaşa bəyan edib ki, həmin istiqamətdə Azərbaycanla əməkdaşlıq yüksələn xətlə inkişaf edəcək və kimlərinsə buna qarşı çıxmasının heç bir təsiri yoxdur. Konkret olaraq, Azərbaycanla Belarus arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında anlaşma memorandumu imzalanıb.

Bu, Azərbaycanın hava məkanının tamamilə müdafiə olunması mənasına gəlir. Əlbəttə, Ermənistan üçün heç də arzuolunan hal deyil. Lakin təcavüzkar bilməlidir ki, Azərbaycan Ordusu qüdrətini daim artıracaq və işğalçını zəbt etdiyi torpaqlardan çıxarmaq üçün bütün imkanlardan istifadə edəcək. Onun qarşısını heç kim kəsə bilməyəcək!

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Minskə səfərinin çox uğurlu olmasında yuxarıda vurğulanan məqamların rolu az deyil. Bunlarla yanaşı, Azərbaycanla Belarus arasında kənd təsərrüfatı texnikasının istehsalı sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığın əldə olunması da ciddi əhəmiyyətə malikdir. O cümlədən bu iki ölkə Türkiyədə birgə traktor istehsalını təşkil etməyə hazırlaşırlar.

Ayrıca olaraq iki ölkənin rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq etməsi barədə sənəd də imzalanıb. Belarus Prezidenti bu hadisəyə böyük əhəmiyyət verir. Doğrudan da, birgə texnika istehsalı Azərbaycanın artıq texnika və texnologiyalar sahəsində də yüksəldiyinin nümunəsidir. Həm də bu proses öncədən beynəlxalq əməkdaşlıq müstəvisində baş verir. Həmin yenilik dövlət başçısının Belarusa səfərinin tarixi əhəmiyyətinin üçüncü tərəfi kimi qiymətləndirilə bilər.

Deməli, Azərbaycan faktiki olaraq yeni böyük əməkdaşlıq modellərini reallaşdırma mərhələsinə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin Belarusa səfərinin ən maraqlı və əhəmiyyətli tərəflərindən biri məhz bu məqamın öz təsdiqini tapmasından ibarətdir.

Beləliklə, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan dövlətçiliyi üçün olduqca böyük əhəmiyyəti olan bir səfər edib. Belarus-Azərbaycan əməkdaşlığı həm ikitərəfli əlaqələrin, həm də beynəlxalq miqyasda səmərəli əməkdaşlıq formatlarının inkişafı aspektində ciddi bir irəliləyişə nail olub. Bütün dünya bu prosesin Azərbaycanın xarici siyasət kursunun prioritet məqsədlərinə və beynəlxalq hüquq normalarına tam uyğun olması şərti ilə getdiyinin bir daha şahidi oldu.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında