MƏDƏNİYYƏT


Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub

Xivə, 15 sentyabr, AZƏRTAC

Qədim Xivə şəhərində UNESCO-nun iştirakı ilə “Mərkəzi Asiya dünya sivilizasiyasının ayrıcında” adlı beynəlxalq mədəniyyət Forumunda iştirak etmək üçün Özbəkistana gələn Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Xivədə bu ölkənin mədəniyyət naziri Azadbek Nazarbekovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə ölkələr arasında mədəniyyət günlərinin keçirilməsi, teatrlarımızın qastrol səfərlərinin təşkili, muğam sənətinə dair xanəndələr arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər müzakirə edilib, qədim Xivə şəhərində baş tutan forumun yüksək səviyyədə təşkil olunduğu bildirilib.

Danışıqlar zamanı tərəflər bir sıra təkliflər də səsləndiriblər.

Anar Kərimov Şuşa şəhəri ilə Xivənin “qardaşlaşmış şəhərlər” olması təklifini irəli sürüb.

Görüşdə hər iki ölkə üçün maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Xivə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.