ELM VƏ TƏHSİL


Azərbaycanlı alim beynəlxalq onlayn konfransda məruzə edib

Bakı, 22 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova “Ukrayna Proqramlaşdırma-2020” XII beynəlxalq elmi-praktik konfransda “Elektron demokratiya mühitində qərarların qəbulunu dəstəkləyən sistem” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn keçirilən konfrans Ukrayna Milli Elmlər Akademiyası və onun Kibernetika Mərkəzi, bu ölkənin Təhsil və Elm Nazirliyi, “Kiyev Politexnik İnstitutu” Ukrayna Milli Texniki Universiteti və Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən təşkil edilib.

Tədbirin məqsədi proqram mühəndisliyi elmində və praktikasında əldə edilən ən mühüm nailiyyətləri diqqətə çatdırmaq, bu sahəsinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirməkdir.

İki ildən bir keçirilən konfransda proqramlaşdırmanın nəzəri və metodoloji əsasları, məlumat və bilik bazaları sistemlərinin model və vasitələri, təhsil və təlim aspektləri, informasiyanın mühafizəsi, tətbiqi proqram təminatı, paralel proqramlaşdırma, paylanmış sistemlər və şəbəkələr, proqram mühəndisliyinin metod və vasitələri və s. mövzular müzakirə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.