ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi maraqla qarşılanıb

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Elmi Mərkəzində təşkil olunan “Kristalların əmələ gəlməsi və yetişdirilməsinin mexanizmi, qeyri-xətti problemləri və nazik təbəqələr” mövzusunda beynəlxalq konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə Azərbaycan aliminin “γ-şüalanmanın CdFeTe yarımmaqnit yarımkeçiricilərinin keçiriciliyi və dielektrik nüfuzluğunun temperatur asılılıqlarına təsiri” mövzusunda məruzəsi və “Defektli CdMnSe epitaksial təbəqələrinin optik xassələri”nə həsr edilmiş təqdimatı maraqla qarşılanıb.

Qeyd edək ki, konfrans çərçivəsində M.Mehrabova bir sıra elmi mərkəzlərin alimləri ilə birgə elmi fəaliyyət planları ətrafında geniş müzakirələr aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.