İDMAN


Azərbaycanlı boksçu Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Paris, 7 iyun, AZƏRTAC

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91 kq) Avropa Olimpiya təsnifat turnirində növbəti uğur qazanıb və Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, boksçumuz Olimpiadaya vəsiqə uğrunda ukraynalı rəqibi Tsotne Roqavaya qalib gəlib.

Avropa Olimpiya təsnifat turniri Parisin cənub-qərbində yerləşən Villebon-sur-Yvette şəhərindəki “Grand Dome” idman sarayında iyunun 8-dək davam edəcək.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.