SİYASƏT


Azərbaycanlı deputat: Ayrı-seçkilik beynəlxalq nizama inamsızlıq yaradıb VİDEO

Azərbaycanlı deputat: Ayrı-seçkilik beynəlxalq nizama inamsızlıq yaradıb VİDEO

Strasburq, 25 yanvar, AZƏRTAC

Beynəlxalq hüququn əsas prinsipləri qorunmalı, hörmət edilməli və istənilən vəziyyətdə heç bir şərt olmadan təşviq olunmalıdır. Çünki fərqli siyasi baxışlarımız ola bilər, fərqli ideologiyalar izləyə bilərik, hətta fərqli milli maraqlarımız ola bilər. Amma sonda bütün bu fərqlərə baxmayaraq, hamımız eyni nəticəyə gəlməliyik.

AZƏRTAC xəbər verir ki, bunu AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun qış sessiyasında Avropa Şurası dövlət və hökumət başçılarının dördüncü Zirvə görüşünə dair Assambleyanın təklifləri ilə bağlı məruzənin müzakirələri zamanı çıxışında deyib.

Bildirib ki, əslində bu fərqliliklər ümumi problemlərin aradan qaldırılmasında zəifliyimiz yox, gücümüz olmalıdır. Ancaq hələ də üzləşdiyimiz ortaq təhdidləri vahid dəyər prinsipi ilə həll edə bilmirik.

Dünyada COVID-19 əleyhinə peyvəndlərin 80 faizi G20 ölkələrinə, yalnız 0,6 faizi aztəminatlı ölkələrə çatdırılanda, 2020-ci ildə Fransada islamofob hallar artanda, müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” parçalanaraq yandırılanda, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 il işğal altında saxlayanda, erməni silahlı qüvvələri Xocalıda bir gecədə 613 dinc sakini amansızcasına qətlə yetirəndə, Ermənistanın birinci xanımı 500-dən çox qadın və gənc qızın öldürüldüyü Tehranda qadınlarla bağlı konfransda iştirak edəndə beynəlxalq təşkilatlar bütün bu ədalətsizliklərə göz yumdular, günahkarları cəzalandırmadılar, vaxtında düzgün qərarlar qəbul etmədilər. Ən yaxşı halda beynəlxalq hüququn prinsiplərini selektiv şəkildə tətbiq etdilər.

Kamal Cəfərov deyib ki, qlobal siyasi-maliyyə güc sahibləri son 30 ildə beynəlxalq hüquqa əsaslanaraq, Rusiyaya qarşı olduğu kimi, Ermənistana sanksiya tətbiq etmədilər. Bu isə müxtəlif müstəqil ölkələrin ərazi bütövlüyünün pozulmasına qarşı ayrı-seçkiliyi göstərir. Bu ayrı-seçkilik beynəlxalq nizama inamsızlıq yaradıb. Bu ayrı-seçkilik ümumbəşəri dəyərlərin aşınmasına səbəb olub.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.