SİYASƏT
Azərbaycanlı deputatlar fransalı həmkarları ilə görüşəcəklər

Bakı, 6 iyun, AZƏRTAC
Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, deputatlar Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Görüşdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər iyunun 10-da başa çatacaq.