CƏMİYYƏT


Azərbaycanlı gənc “Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb

Bakı, 7 dekabr, Həsrət Mahmudova, AZƏRTAC

Azərbaycanlı gənc Ramil Nəcəfov “Qarabağ” avtomobil modelinin dizaynını hazırlayıb.

Bu barədə AZƏRTAC-a məlumat verən istedadlı gənc dizayner bildirib ki, “Qarabağ” adlı 4x4 modelini Avropa dizayn məktəbinə məxsus, İtaliyanın Avtomobil dizayn mərkəzinə (Car Design Schools) göndərməyi düşünür: “Məqsədim “Qarabağ” modelinin dünyada avtomobil dizaynı üzrə nüfuzlu saytda dərc olunmasıdır. Düşünürəm ki, bundan sonra da avtomobil sahəsində dizayn təhsilimi daha da inkişaf etdirmək üçün yol açılacaq”.

Gənc dizayner ilk dəfə BMW modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. R.Nəcəfov konserndə işə qəbul olunmaq üçün müraciət etsə də, qarşısına Avropada təhsil almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib. Daha sonra o, “Azerant”, “Azerant Buta” avtomobillərinin və “Xəz-747” bombardmançı qırıcı təyyarəsinin dizaynını işləyib.

Onun ən böyük arzusu bu sahədə təhsilini və təcrübəsini daha da artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.