ELM VƏ TƏHSİL


Azərbaycanlı gənc mühəndislər “TEKNOFEST”də uğurlu nəticə əldə ediblər

İstanbul, 14 avqust, AZƏRTAC

Avqustun 9-dan 14-dək “TEKNOFEST” festivalı çərçivəsində Türkiyənin Kütahya şəhərində təşkil edilən “Pilotsuz Uçuş Aparatları” (PUA) beynəlxalq müsabiqəsində əksəriyyəti azərbaycanlı tələbələrdən ibarət komanda bürünc medala layiq görülüb.

Festivalda İstanbulun Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin tələbələrindən ibarət “DroneX” komandası iştirak edib. “DroneX” 98 komandanın rəqabət apardığı final mərhələsində yüksək nəticə göstərərək ümumi hesabda üçüncü yerə yüksəlib.

Bununla bağlı AZƏRTAC-a məlumat verən komandanın kapitanı, Yıldız Texniki Universitetinin eyni bölümünün sonuncu kurs tələbəsi Davud Süleymanov çox böyük əmək nəticəsində əldə etdikləri bu mükafatı şanlı Ordumuzun Qarabağ Zəfərinə həsr etdiklərini bildiriblər.

Müsabiqənin final mərhələsini izləyənlər arasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank da olub.

Qalib komandalara mükafatların 30 avqust-4 sentyabr arasında Türkiyənin Samsun şəhərində keçiriləcək “TEKNOFEST” festivalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunması gözlənilir.

 
Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.