İDMAN


Azərbaycanlı hakim “Uraloçka”-“Nant” oyununa təyinat alıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında qadın voleybolçuların yarışlarının “B” qrupunda mübarizə aparan Rusiyanın “Uraloçka” və Fransanın “Nant” komandaları arasında keçiriləcək görüşü idarə edəcək.

Qrup mərhələsinin ikinci turunun oyunları çərçivəsində noyabrın 24-də Rusiyanın Nijnıy Taqıl şəhərində təşkil olunacaq matçda E.Zülfüqarov ikinci hakim olacaq. Matçı belçikalı baş hakim Mari-Katerin Bulanje idarə edəcək.

Qeyd edək ki, “B” qrupunda “Uraloçka”, “Nant” ilə yanaşı, Türkiyənin “Fənərbağça” və İtaliyanın “Konelyano” klubları mübarizə aparacaq. Bu qrupun oyunlarına noyabrın 10-da start veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.