MƏDƏNİYYƏT


Azərbaycanlı xanəndə beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

Bakı, 1 aprel, AZƏRTAC

Əməkdar Artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyanın müəllimi Təyyar Bayramov Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən “Zov Urala” adlı xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Təyyar Bayramovla yanaşı, tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusifov təmsil olunub.

Müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak ediblər. Müsabiqəyə ümumilikdə 500 iştirakçı qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.