SİYASƏT


Azərbaycanlılar Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Fransanın mövqeyinə etiraz aksiyası keçiriblər VİDEO

Paris, 3 dekabr , AZƏRTAC

Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair təklifin səsə qoyulmasına qarşı etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Niderlanda yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin qarşısına toplaşaraq Avropa İttifaqının üzvü olan Fransanı ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizi erməni qəsbkarlarından azad etdiyi vurğulanıb.

“Fransa, Ermənistan terrorizmini dəstəkləməyi dayandır!”, “Qarabağ Azərbaycanındır!” yazılan plakatlar, Azərbaycan və Türkiyə bayraqları ilə Beynəlxalq Ədalət Məhkəməsinin qarşısına toplaşanlar “Ədalətsizliyə son!”, “Ədalət istəyirik!”, “Qarabağ Azərbaycandır!”, “Biz sülh istəyirik!”, “Fransa, terrorizmi dəstəkləməyi dayandır!”, “Fransa, təcavüzkarı dəstəkləməyi dayandır!”, “Ermənistan təcavüzünə son!”, “Xocalıya ədalət!”, “Qarabağa ədalət!”, “Fransa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət et!” kimi şüarları səsləndiriblər. Aksiya iştirakçıları bir neçə dildə çıxış edərək Qarabağda baş vermiş son hadisələr, eləcə də Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərində Ermənistanın ballistik raketlərlə mülki əhalini hədəfə aldığını deyiblər. Nümayişçilər Fransanın ədalətsiz mövqeyinə etirazlarını bildiriblər.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.