İQTİSADİYYAT


“Azəriqaz” “ASAN xidmət” avtobusları və “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmət göstərəcək

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar “ASAN xidmət” avtobuslarının və “ASAN qatar”ın hərəkət istiqamətinin cədvəlinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları xidmət göstərməkdə davam edir. Birliyin mütəxəssisləri səyyar “ASAN qatar”la Lənkəranda, səyyar “ASAN xidmət” avtobusları ilə Oğuzda, Biləsuvarda, Salyanda, Mərdəkanda, Gədəbəydə, Qusarda, Lerikdə, Tərtərdə və Şamaxıda bu ayın axırınadək vətəndaşların problemlərinin həllinə yardımçı olacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.