İQTİSADİYYAT


“Azəriqaz”: Bu il 500 minədək sayğacın yoxlanılması planlaşdırılır

Bakı, 30 aprel, AZƏRTAC

Cari ildə 500 minədək təbii qaz sayğacının yoxlanılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O qeyd edib: “Ölkədə köhnə sayğacların yeniləri ilə əvəzlənməsi prosesi davam edir. Sayğacların yoxlanılması məcburi prosesdir. Çünki əhali üzrə sayğaclar 5 ildən bir dövlət yoxlamasına çıxarılır. Qeyri-əhali üzrə isə proses 3 ildən bir həyata keçirilir və hazırda proses davam edir. Əgər sayğac əvvəldən ödənişli, yəni smart tiplidirsə, sayğac dəyişdirilərkən əhaliyə seçim hüququ verilib. Cari ildə 500 min sayğacın dövlət yoxlanışına çıxarılması gözlənilir. Ötən il bu göstərici 480 min olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.