İQTİSADİYYAT


“Azəriqaz” Tapqaraqoyunlu kəndi və Gəncə şəhərində təmir-bərpa işləri aparır

Bakı, 20 oktyabr, AZƏRTAC

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar təhlükəsizlik tədbiri olaraq sentyabrın 27-dən təbii qaz təchizatı dayandırılan Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində baş vermiş fəsadların ləğvi ilə bağlı bu gün təmir-bərpa işlərinə başlanılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 17-də düşmənin raket zərbələrinə məruz qoyduğu Gəncə şəhərindəki ərazilərdə də qaz təchizatının bərpa işləri aparılır.

Xatırladaq ki, ümumilikdə 150 abonentin qazla təminatı məhdudlaşdırılmışdı. Hazırda 100 abonentdən 88-nin qaz təchizatı bərpa edilib, qalan 12 abonentdən 5-nin fərdi yaşayış evləri tamamilə dağılıb, ünvan yoxdur, 7 abonentin fərdi yaşayış evlərinin isə konstruktiv elementləri yararsız vəziyyətə düşüb. Yerdə qalan 50 abonentin qazla təminatı məsələləri bu gün nəzərdən keçiriləcək. İlkin mərhələdə məlum olub ki, həmin 50 abonentdən 4-nün fərdi yaşayış evi tamamilə dağılıb və artıq ünvan yoxdur.

Tərtər rayonu üzrə 30 kəndin (6316 abonent) qaz təchizatı bərpa edilib, Tərtər şəhəri və 21 kənddə isə hələlik məhdudiyyət qalmaqdadır. Ağcabədi rayonu üzrə 25 yaşayış məntəqəsi, Ağdam rayonu üzrə isə 14 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub. Yerdə qalanlarında təhlükəsizlik tədbirləri və ya təmir-bərpa işlərinin hələlik aparılması mümkün olmadığından məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, Füzuli, Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.