İQTİSADİYYAT


“Azəriqaz”da “Neftçilər günü” qeyd edilib

Bakı, 19 sentyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyində 20 sentyabr - “Neftçilər günü” münasibətilə tədbir keçirilib.

Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev kollektivi bu münasibətlə təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edilib ki, bu il Azərbaycan neftçiləri üçün ikiqat bayramdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından da 25 il ötür. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” yeni inkişaf mərhələsinə qədəm qoyub. Neft sənayesinin inkişafına, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsinə xidmət edən yeni müqavilələr reallaşdırılır.

Daha sonra “Neftçilər günü” münasibətilə “Azəriqaz” İB-nin bir qrup əməkdaşı səmərəli və nümunəvi əmək fəaliyyətinə, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə fəxri fərmanla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.