İQTİSADİYYAT


“Azəriqaz”ın 2 milyon 300 mininci abonenti qeydə alınıb

Bakı, 16 oktyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 300 mininci abonenti qeydə alınıb.

Birlikdən AZƏRTAC-a bildirilib ki, o, Salyan Regional Qaz İstismarı İdarəsinin Hacıqabul xidmət sahəsi üzrə qeydiyyatda olan İsifova Sevda Ramazan qızıdır. Hazırda rayonda yerləşən bağçada müəllimə kimi çalışan Sevda xanım sentyabr ayının sonlarına aparılan hesabatlarda 2 milyon 300 mininci abonent kimi qeydiyyata düşüb. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin təşəbbüsü ilə abonentə təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub.

S.İsifova belə bir həssas dönəmdə ona diqqət göstərdiklərinə görə “Azəriqaz” İB-nin rəhbərliyinə minnətdarlığını bildirib. Arzu olunub ki, növbəti mərhələdə 2 milyon 400 mininci abonentə təşəkkürnamə tezliklə işğaldan azad olunacaq torpaqlarımızda təqdim edilsin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.