İQTİSADİYYAT


“Azəriqaz”ın rəhbərliyi sahibkarlarla görüşüb

Bakı, 16 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq mikrofon” aksiyası çərçivəsində Salyan rayonunun Təzəkənd kəndində bir qrup istixana sahibi ilə görüşüb.

“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, Birlik tərəfindən Bakı və Bakıətrafı qəsəbələrdə 4, bölgələrdə sayca 10-cu, ümumilikdə isə 14-cü dəfə təşkil olunan aksiyada səyyar qəbul otağı bu dəfə sahibkarların ixtiyarında olub. Görüşdə 20-dək tərəvəz istehsalı ilə məşğul olan istixana sahibinin problemi dinlənilib. Çıxış edən sahibkarlar ötən il istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını Birliyin baş direktorundan xahiş ediblər. Baş direktor sahibkarlara güzəştlərin olunacağını, lakin bu məsələdə sahibkarların da qarşılıqlı addım atmaqlarının vacibliyini bildirib.

Qeyd edək ki, Birliyin baş direktoru Ruslan Əliyev bundan sonra istixana sahibləri ilə “Azəriqaz”ın rəhbər şəxslərinin təkcə Salyan rayonunda deyil, digər regionlarda da mövsümün sonunadək hər ay ən azı bir dəfə görüş keçirəcəyini deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.