İQTİSADİYYAT


“Azərkosmos”: Beynəlxalq Astronavtika Konqresinin qonaqları viza məsələlərini hava limanında həll edə biləcəklər

“Azərkosmos”: Beynəlxalq Astronavtika Konqresinin qonaqları viza məsələlərini hava limanında həll edə biləcəklər

Bakı, 6 dekabr, Z.Mirzəyev, AZƏRTAC

Gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dünyanın 100-dən çox ölkəsindən 6 mindən artıq qonağın gəlməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndələrlə keçirilən görüşdə deyib.

“Konqreslə bağlı ölkəmizə gələcək qonaqların viza məsələlərini hava limanında, qısa zamanda həll etməyə çalışacağıq. Bugünkü görüşümüzün məqsədi Konqresin regionumuz üçün əhəmiyyətini, o cümlədən kosmik sahədə iştirak edən ölkələrin təcrübə mübadiləsi imkanlarını səfirlik və diplomatik nümayəndələr vasitəsilə dünya ölkələrinə çatdırmaqdır. Ölkəmizə gələcək qonaqların viza, logistika və digər sahələrdə problem yaşamaması üçün birgə çalışmalıyıq", - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.