İQTİSADİYYAT


“Azərpambıq ASK” əsgər ailələri üçün xeyriyyə aksiyası keçirib

Bakı, 12 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışı böyük Qələbəyə aparan yolda hər bir azərbaycanlının amalına çevrilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə “Azərpambıq ASK” MMC tərəfindən əsgər ailələri üçün xeyriyyə aksiyası keçirilib. MMC-nin təşəbbüsü ilə keçirilən aksiyada Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 2020-ci il 28 sentyabr tarixli Sərəncamına əsasən Ağcabədi rayonundan hərbi xidmətə çağırılan 912 əsgər ailəsinə yaşadıqları ünvanda ərzaq yardımı paylanılıb.

“Azərpambıq ASK” MMC-nin əməkdaşları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız və qüdrətli Ordumuzun əldə etdiyi böyük qələbə münasibətilə əsgər ailələrini təbrik edib, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən igid oğullarımızla qürur duyduqlarını və dövlətin daim əsgər ailələrinin yanında olduğunu bildiriblər. Əsgər ailələri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, aksiya təşkilatçılarına təşəkkürlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.