İQTİSADİYYAT


“Azərpoçt”un əməkdaşları fəxri adlarla təltif ediliblər

Bakı, 21 aprel, AZƏRTAC

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmrinə əsasən “Azərpoçt” MMC-nin “Fədakar rabitəçi” fəxri adı ilə təltif edilən əməkdaşlarına mükafatlar təqdim olunub.

MMC-dən AZƏRTAC-a bildirilib ki, “Azərpoçt”un 3 saylı Poçt Filialının 149 saylı poçt şöbəsinin əməliyyatçısı Sevinc Aslanovaya və Xocalı Rayon Rabitə Qovşağının sabiq poçtalyonu Məryəm Hümbətovaya mükafatları qurumun baş direktoru Əfqan Cəlilov təqdim edib.

Əməkdaşları fəxri ada layiq görülmələri münasibətilə təbrik edən baş direktor Ə.Cəlilov onların rabitə sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, M.Hümbətova və S.Aslanova Birinci Qarabağ müharibəsi zamanı döyüş bölgələrində və sərhədyanı zonalarda poçtalyon kimi fəaliyyət göstəriblər. Xüsusi fədakarlıqları ilə hər zaman örnək olublar.

Təltif olunan əməkdaşlar xidmətlərinə verilən yüksək qiymətə görə təşəkkürlərini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.