İQTİSADİYYAT
“Azərpoçt”un yeni xidməti vasitəsilə itirilmiş sənədlər daha asan tapılacaq
Bakı, 29 noyabr, AZƏRTAC
Hazırda “Azərpoçt” MMC tərəfindən yeni xidmət hazırlanır. Həmin xidmət vasitəsilə itirilmiş sənədləri daha asan yolla tapmaq mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakutel-2016” sərgisində “Azərpoçt”un təmsilçisi Günel Baxşıyeva deyib.
Onun sözlərinə görə, xüsusi servis “POÇTAP” hər bir poçt məntəqəsində fəaliyyət göstərəcək. İtirilən sənədlər barədə məlumatlar www.azerpost.az saytında yerləşdiriləcək. Tapılmış sənədlər isə vətəndaşların sorğusuna əsasən poçt vasitəsilə göndərilə bilər.
Bundan əlavə, dekabr ayında reallaşdırılacaq “Şəbəkə” layihəsi vasitəsilə telefon və internet çəkilişi, avtomobil sifarişi, dünyanın əksər ölkələrinə 5-10 dəqiqə ərzində pul köçürülməsi mümkün olacaq.