REGİONLAR
“Azərsu” ASC-nin rəsmiləri Şirvan, Sabirabad və Salyanda vətəndaşlarla görüşəcəklər
Bakı, 4 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabrında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dekabrın 11-də Şirvan şəhərində Şirvan və Hacıqabuldan olan vətəndaşları qəbul edəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, dekabrın 13-də “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı, sədr müavini Etibar Məmmədov isə Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.
Qəbullar Şirvan şəhərindəki Gənclər Mərkəzində, Sabirabad və Salyan şəhərlərindəki Heydər Əliyev mərkəzlərində keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan və Neftçala sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “[email protected]” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.