İQTİSADİYYAT


“Azərsu” rəsmisi: üçüncü Şollar su mənbəyində müvafiq tədqiqat işləri görüləcək

Bakı, 28 iyul, AZƏRTAC

Ölkəmizdə su ehtiyatı kifayət edir ki, Bakı şəhəri tam keyfiyyətli içməli su ilə təmin olunsun.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin departament rəisi Bahadur Kəngərli iyulun 28-də keçirdiyi mətbuat konfransında deyib.

O, səmərəsiz, uçotsuz, sayğacsız istifadə halları, eyni zamanda, layihələrin tam başa çatdırılmaması əldə olan su həcminin istehlakçılara normal çatdırılmasına və bölüşdürülməsinə maneə törətdiyini deyib. Bildirib ki, üçüncü Şollar su mənbəyində müvafiq tədqiqat işləri görüləcək. Həmçinin mənbəyin yaradılması ilə bağlı layihələndirmə işləri aparılaraq təkliflər aidiyyəti qurumlara təqdim ediləcək.

Qeyd edək ki, Bakıya yeni üçüncü Şollar su xəttinin çəkilməsi ilə bağlı layihə hazırlanır. Paytaxtın fasiləsiz su ilə təminatını yaxşılaşdırmaq məqsədilə çəkiləcək layihənin ilin sonunadək təsdiqlənməsi nəzərdə tutulur. Bundan başqa, 44 kilometrlik Neftçala magistral su xəttinin 10 kilometri tam hazırdır. Xəttin istifadəyə verilməsi ilə Neftçala rayonu və kəndləri içməli su ilə təmin olunacaq. İçməli su itkisinin qarşısının alınması ilə bağlı yenidən sayğaclaşmaya başlanılacaq. Hazırda 1 milyon 500 mindən çox əhali qrupuna xidmət üzrə 227 min abonentin sayğacı yoxdur. Bu isə su israfına yol açır. Ümumilikdə, Azərbaycanda içməli su problemi yoxdur. Hesabatlılığın olması su israfı yaradır ki, bu da yerlərdə lokal su çatışmazlığına gətirib çıxarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.