İQTİSADİYYAT


“Azərsulfat” MMC və “Glassica” QSC gələn ilin birinci yarısında istifadəyə veriləcək

Bakı, 7 dekabr, AZƏRTAC

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisələri də istehsalın və ixracın genişlənməsinə təkan verəcək istehsal sahələrindəndir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda bu müəssisələrdə layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri aparılır. Eyni zamanda, istehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. “Glassica” QSC-də Almaniya, “Azərsulfat” MMC-də isə Çin texnologiyalarından istifadə ediləcək. Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 milyon ABŞ dollarıdır, bunun artıq 7 milyon dollarlıq hissəsi layihənin reallaşdırılmasına yatırılıb və tikinti-quraşdırma işlərinin 75 faizi yerinə yetirilib. Sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 milyon dollar sərmayə qoyulub və işlərin 60 faizi tamamlanıb. Müəssisələrdə ümumilikdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hər iki müəssisənin 2022-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır. Sulfat turşusu və şüşə tara məhsullarının istehsalı müəssisələri idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.