REGİONLAR


“Azərxalça” ASC-nin Kürdəmir filialı öz fəaliyyətini genişləndirir

Kürdəmir, 23 avqust, AZƏRTAC

Ötən ilin sonunda fəaliyyətə başlayan “Azərxalça” ASC-nin Kürdəmir filialı öz fəaliyyətini genişləndirir.

Filialdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, burada əsasən Şirvan qrupuna aid xalçalar toxunur. Hazırda filialda 70 nəfərdən çox toxucu çalışır. Toxucular üçün kurslar təşkil olunub, toxuculuq sənətini mənimsəyənlərə sertifikatlar verilib.

Qeyd edək ki, bölgədəki bu istehsal müəssisəsi Prezident İlham Əliyevin Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında 2018-ci il 30 mart tarixli Sərəncamı ilə inşa olunub. Bu, ölkəmizdə aqrar sektorda aparılan islahatlarla yanaşı iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması ilə əlaqədar həyata keçirilən dövlət siyasətinin bariz nümunəsidir. Bu layihələr insanların məşğulluğunun artmasına, həyat səviyyəsinin yüksəlməsinə səbəb olur. “Azərxalça” ASC-nin Kürdəmir filialı tam istehsal gücü ilə fəaliyyət göstərəndə, burada 150 nəfər işçi çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.