Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Azərxalça”nın Şabran filialında qısa müddətdə 150 kvadratmetrdən çox xalça toxunub VİDEO

Yaradılan şərait keyfiyyətli xalça toxunmasına imkan verir

Şabran, 17 aprel, Elxan Yusifli, AZƏRTAC

Ötən ilin sonlarında fəaliyyətə başlayan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında toxunan ilk xalçaların kəsimi aparılıb. İndiyədək buradakı istehsal emalatxanasında 150 kvadratmetrdən çox xalça toxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tarixi keçmişimizi özündə yaşadan zəngin naxışları, keyfiyyəti ilə seçilən Quba xalçalarının toxunduğu bölgədə “Azərxalça” ASC-nin 3 filialı yaradılıb. Cəmiyyətin Quba filialı 2017-ci ilin dekabrında, Xaçmaz filialı isə ötən ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

2018-ci ildə bu bölgədə daha bir filial yaradılıb. Dövlət başçısının “Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən inşa edilən filial binasında tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ötən ilin sonlarında burada xalça istehsalına başlanılıb.

Bu bölgə Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba qrupu xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Bu bölgədə toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı ahəng xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.

Şabran filialında 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Hazırda burada 60-a yaxın toxucu çalışır. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə dərindən yiyələniblər.

Filialın direktoru Kəbirə Vəlibəyova bildirib ki, istehsal emalatxanasında qədim zamanlardan bu ərazidə yaradılmış tarixi çeşnilər əsasında xalçalar toxunur. Toxucular bu işə həvəslə yanaşır, hər kəs daha yaxşı xalça toxumağa çalışır. Filialın toxucuları arasında əmək yarışı gedir. Hər toxucu daha çox, həm də keyfiyyətli xalça toxumağa səy göstərir.

Bu bölgədə toxunan, öz keyfiyyəti ilə seçilən xalçaların əksəriyyəti məhz indiki Şabran rayonunun kəndlərində ərsəyə gətirilib. “1926-cı ildə Qafqaz Dövlət Ticarəti Təşkilatının Azərbaycan şöbəsi tərəfindən Quba bölgəsində “Xalq sənəti bayramı” keçirilib. Bu bayramın Qubada keçirilməsinin məqsədi bölgənin toxuculuq ənənələrinin gələcəkdə daha da inkişafına təkan vermək olub. Sərgidə nümayiş etdirilən 200-dən artıq nəfis xalçadan birinci, ikinci və üçüncü yerləri indiki Şabran rayonunun Pirəbədil kəndində toxunan xalçalar tutub. Bütün bunlar onu deməyə əsas verir ki, bu ənənə davam etdiriləcək, “Azərxalça” ASC-nin Şabran filialında keyfiyyətli və orijinal xalçalar toxunacaq”, - deyə Kəbirə Vəlibəyova bildirib.

Yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirən toxucu Rəhimə Əmirova deyib ki, Şabranda xalça emalatxanasının tikilməsi rayonda yaşayan bütün toxucuların hədsiz sevincinə səbəb olub: “Filialda toxucular üçün müasir iş şəraiti yaradılıb. Bizim gözəl, işıqlı emalatxana binamız, işə gəlib-getmək üçün nəqliyyat vasitəmiz var. Rayonumuzda xalça emalatxanasının yaradılması həm xalçaçılığın yaşadılmasına, həm də toxucu qadınların işlə təmin olunmasına imkan verib”.

Gənc toxucu Rumayə Əlibabayeva xalçaçılığın sirlərini “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursunda öyrənib.

“Xaça toxumağa uşaqlıqdan həvəsim olub. Şabranda emalatxananın yaradılması arzularımın reallaşmasına imkan verdi. Həmişə anama deyirdim ki, mənə xalça toxumağı öyrətsin. Ancaq nəinki məni öyrətməyə, heç özünün xalça toxumağa həvəsi yox idi. Xalça toxumaq üçün şəraitin olmaması insanları bu sənətdən uzaqlaşdırmışdı. Rayonumuzda xalça fabriki açılandan sonra anamla burada işləməyə gəldik. “Azərxalça”nın təşkil etdiyi kursda həm xalça toxumağı, həm də xalçaçılıq tariximizi öyrəndim. İndi hər ikimiz burada işləyir, xalçaçılığın inkişafına, yaşadılmasına biz də öz töhfəmizi verməyə çalışırıq. Bizə yaradılan şəraitə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk”, - deyə xalçaçı Rumayə Əlibabayeva qeyd edib.

Şabranda xalçaçılıq müəssisəsi ilə yanaşı, yun və boyaq bitkilərinin tədarükü məntəqəsi də tikilir. Tədarük məntəqəsi regional xarakter daşıyacaq. Buranın imkanlarından Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının sakinləri də bəhrələnəcəklər. Şabranda inşa olunan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi ölkəmizdə xalça istehsalının xammal bazasının təşkili üçün mühüm əhəmiyyətə malikdir. May ayında fəaliyyətə başlaması nəzərdə tutulan məntəqə ildə 300 ton məhsul tədarük edə biləcək.

Bu cür müəssisələr Naxçıvan şəhərində, Bərdə, Qobustan və Sabirabad rayonlarında da fəaliyyətə başlayacaq. Məntəqələrə gətirilən yun isə Sumqayıtda tikilən Əyirici-Boyaq Fabrikində emal ediləcək.

“Azərxalça”nın Şabran filialında qısa müddətdə 150 kvadratmetrdən çox xalça toxunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında