CƏMİYYƏT


Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb

Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb

Bakı, 18 may, AZƏRTAC

Xəbər verildiyi kimi mayın 17-si paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplanmış ilkin sübutlar əsasında fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin baş vermə halı və şəraitinin eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.