DÜNYA


BƏƏ-də nüvə reaktorunda çalışacaq ilk operatorlar hazırlanıb

Əbu-Dabi, 14 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Nüvə Enerjisi Federal Agentliyi ölkənin ilk 15 vətəndaşına müvafiq hazırlıqdan sonra nüvə reaktorları operatorlarının lisenziyasını təqdim edib.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, əmirliyin lisenziya alan on beş vətəndaşı Barakada inşa edilən Atom Elektrik Stansiyasının (AES) operatoru Navah Energy tərəfindən təşkil edilmiş üçillik hazırlıq proqramını keçən mütəxəssislərdir.

Qeyd olunur ki, BƏƏ-də inşa edilən AES ölkədə və bütün ərəb dünyasında ilk atom elektrik stansiyası olacaq. Hazırda AES-in birinci enerji blokunun tikintisi başa çatıb və onun işə salınması üçün hazırlıq işləri gedir. Barakadakı AES-in ümumi gücü 5,6 meqavat olan dörd enerji blokundan ibarət olacaq. Hazırda stansiyanın tikintisinin 90 faizdən çoxu başa çatıb və onun işə salınması 2020-ci ildə nəzərdə tutulub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.