DÜNYA


BƏƏ ilə Hindistan arasında sualtı dəmir yolu çəkiləcək

Əbu-Dabi, 29 noyabr, AZƏRTAC

Füceyra Əmirliyi (BƏƏ) ilə Hindistanın Mumbay şəhəri arasında uzunluğu azı 2000 kilometr olan sualtı dəmir yolu çəkiləcək.

AZƏRTAC yerli “Khaleej Times” nəşrinə istinadla xəbər verir ki, bu futurist meqalayihənin reallaşdırılmasına dair ambisiyalı planları Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları elan edib. Sualtı qatarlarla Hindistandan BƏƏ-yə sərnişinlər, müxtəlif mallar və təzə su, əks istiqamətdə isə neft daşınması nəzərdə tutulur.

“National Advisor Bureau Limited” konsaltinq şirkətinin idarəçi direktoru Abdulla Al Şeyxinin sözlərinə görə, bu layihə ikitərəfli ticarətin inkişaf etdirilməsinə yönəlib. Həmin sualtı yol ilə digər körfəz ölkələrinin də idxal və ixrac əməliyyatları aparması planlaşdırılır. Birinci mərhələdə həmin layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.