ELM VƏ TƏHSİL
BAKIDA AVROPA KOMİSSİYASININ TEMPUS PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR
Bundan başqa, konfransda TEMPUS proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində uğurla həyata keçirilmiş layihəyə yekun vurulacaq, respublikamızın daha üç ali məktəbində- Azərbaycan Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutunda tədrisin yenidən qurulması haqqında Avropa Şurasının bəyənib təsdiq etdiyi növbəti layihənin reallaşdırılmasına dair aktual nəzəriyyələr və elmi əməkdaşlıq haqqında məruzələr dinləniləcək, avropalı və yerli alimlərin birgə fəaliyyət strategiyası müzakirə olunacaq, müştərək əməkdaşlıqla bağlı elmi məsləhətləşmələr aparılacaqdır.
Konfransın işində Azərbaycan Təhsil Nazirliyi, Avropa Birliyinin Bakı ofisi, Almaniyanın Azərbaycandakı səfirliyi və ali məktəblərin nüiayəndələri iştirak edəcəklər.